Vaqif Xaçatryan məhkəmə iclasında zərərçəkmiş Salman Rəhimovun sualı qarşısında çaşqınlıq yaşayıb.
Ednews xəbər verir ki, şahid Xaçatryandan Meşəli qətliamında iştirak edən şəxslərin adlarını açıqlamasını istəyib.
Xaçatryan suala cavab olaraq “Mən Meşəlidə olmamışam” deyib və ad çəkməkdən imtina edib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Xaçatryanın vəkili Radmila Abulovadır.