Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavini təyin edilib.
Ednews report.az-a istinadən xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də sərəncam imzalayıb.
Sərəncamla Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Ona nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə olunub.