Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank” da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən olunub.
Ednews xəbər verir ki, kompensasiyaların ödənilməsi noyabrın 27-dən başlayaraq həyata keçiriləcək.
"Əmanətlərin sığoratalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.