“Azərbaycanda işsizlikdən sığorta pulu alanlar üçün staj müddəti azaldılır”.
Ednews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Əvvəl isə bu müddət 3 il idi. Biz bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanizminin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildən sözügedən kateqoriyaya daxil olan şəxslərin sayını biraz da artıra biləcəyik”, - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər:
"Bunun da 70 %-i son iki ilin payına düşüb. Növbəti dövrlərdə bu say daha da artacaq”.