Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər 200 ildir ki, azərbaycanlılara qarşı təxribatını davam etdirir - Ülviyyə Həmzəyeva

Cəmiyyət 10:03 07.11.2023

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş, böyük qəhrəmanlığın, misilsiz şücaətin, qorxmazlığın, Vətənə sonsuz məhəbbətin rəmzinə çevrilmiş, doğma torpaqlarımıza əbədi azadlıq və sülh gətirmiş, soydaşlarımızın qəlbindəki Vətən həsrətinə birdəfəlik son qoymuş tariximizin şanlı səhifəsi olan 8 noyabr Zəfər Günü tariximizin ən şanlı səhifələrindəndir.
Zəfərə aparan hamar olmayan yolda Azərbaycan xalqı daima çətinliklərlə üzləşib.
XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən İran və Şərqi Anadoludan qədim Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər 200 ildir ki, azərbaycanlılara qarşı təxribatını davam etdirir. Məskunlaşdıqları ilk vaxtdan ermənilər xislətlərinə uyğun olaraq Azərbaycan toponimlərini dəyişməyə, sıx yaşadıqları ərazilərdən azərbaycanlıları sıxışdırmağa başladılar.
Baş verən tarixi hadisələrdən istifadə edən ermənilər xalqımıza qarşı qanlı cinayətlər törədir, havadarlarının köməyi ilə qadınlara və uşaqlara qarşı belə qətl törədiblər. Rusiya inqilabının yaratdığı şəraitdən istifadə edərək 1905-1907 və 1918-ci illərdə 100 minlərlə azərbaycanlı qətlə yetirilmişdir. 1918-1920-ci illərdə ermənilərin törətdikləri vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Naxçıvanda, İrəvanda, Zəngəzurda, Göyçədə, Şamaxıda, Gəncədə, Bakıda və bir çox ərazilərdə ermənilər azərbaycanlılara qarşı dəhşətli soyqırım aktıarı törətdilər, xalqımızı öz yurd yerlərindən qovdular.
Sovetlər İttifaqı dövründə də 1948-ci ildən SSRİ rəhbərliyi müxtəlif bəhanələrlə Ermənistan Respublikasında yaşayan 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından deportasiya etmişdir. Ağır şəraitdə yük vaqonlarında Azərbaycana göndərilən yüzlərlə soydaşımız yolda dünyasını dəyişdi.
1988-ci ildən başlayaraq Qarabağdakı erməni millətçiləri Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi məqsədilə mitinqlər keçirməyə başladı. O vaxt Azərbaycana rəhbərlik edən şəxslər təəssüflər olsun ki, bu hadisələrin qarşısını almaqda acizlik göstərdilər. Qarabağdakı daşnaklar, xaricdən gələn terrorçular silahlı dəstələr yaradaraq azərbaycanlıları qətlə yetirirdilər. 1991-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Vətəndaşlarımıza qarşı misli görünməmiş soyqırım cinayəti törətdilər, şəhər və kəndlərimizi viran qoydular. Ermənistan BMT TŞ nın məlum 4 qətnaməsini yerinə yetirməkdən imtina edirdi. İkili standartların mövcudluğu səbəbindən Ermənistana heç bir təzyiq göstərillmirdi. Münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə mövcud vəziyyətin dondurulmasına və yalnız ermənilərə xidmət edirdi.
Azərbaycan xalqı isə hər zaman öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı. 2003-cü il oktyabrın 15-də xalqımız ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalqımız bilirdi ki, torpaqlarımızı işğaldan yalnız İlham Əliyev kimi böyük siyasətçi, bir lider azad edə bilər.
Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda – işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı. Cənab İlham Əliyevin gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Xalqımız dünyada əzmkar, qürurlu xalq kimi tanındı. Bu müharibə bütün Türk dünyasına bir nümunə və birliyinə böyük bir stimul oldu. Vətən müharibəsində qazandığımız qələbəmizi şərtləndirən amillərdən biri də Prezident cənab İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz bu dayanıqlı iqtisadiyyat nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi. Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza yaratdı. BMT nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Görülən bütün fəaliyyət Azərbaycanı Qalibiyyətə – 8 noyabr Zəfərinə aparırdı.
Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz və zabitlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz Prezidentinə inandı və onun ətrafında sıx birləşdi. Bu vəhdət dəmir bir yumruğa çevrildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin gücü, qüdrəti yetmədi. Prezident cənab İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı.
Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi, müdafiəçisi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən, öz ata-baba torpaqlarından qovulan gənclərimizin qəhrəmanlığı sayəsində qazandıq.
Ulu Öndər Heydər Əliyev xalqla ğörüşlərində “Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq” deyirdi.
Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. “Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır” söyləyirdi. Ölkə başçımız ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin ulu öndərin qəbrini ziyarət etdi və orada “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin “Mən İlham Əliyevə özüm qədər inanıram” deməsi bu gün öz təsdiqini tapıb.
2023-cü il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu və Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Lakin Xankəndi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməyə zidd olaraq bu ərazilərdən çıxmamışdılar və mülki vətəndaşlarımıza və hərbiçilərimizə qarşı terror aktı törədirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatlnın qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər.
2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq. Torpaqdan pay olmaz! Bu torpaqlar Şəhidlərimizin canı bahasına, qanları ilə suvarılıb.
Böyük Zəfərdən sonra, Böyük Qayıdış proseslərinə start verilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da bütün Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib. Biz qaytarılmış ərazilərimizi dirçəldirik və məskunlaşma davam edir.
8 Noyabr tarixi xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq. Zəfərimizin 3-ci ildönümündə ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirik!
Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş igidlərimizlə qürur duyur, fəxr edirik! Zəfər Günümüz mübarək olsun!

Ülviyyə Həmzəyeva

Milli Məclisin deputatı

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Hamısı