Fərid Şəfiyevdən Ermənistana ÇAĞIRIŞ - “Region ölkələri Cənubi Qafqazda söz sahibi olmalıdırlar”

Cəmiyyət 13:57 11.11.2023

“Cənubi Qafqaz xarici müdaxilədən yalnız region ölkələrinin bir-birinə səmimi şəkildə hörmət etdiyi, barışdığı və başqa yerdən himayədar axtarmağı dayandırdığı halda xilas ola bilər”.

Ednews  xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ-ın nüfuzlu “The National Interest” dərgisində dərc olunmuş “Rusiyanın həyatındakı geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır” başlıqlı məqaləsində yazıb.

O qeyd edib ki, Azərbaycanın Qarabağ regionunda tam suverenliyini bərpa etməsi ilə 30 illik münaqişə başa çatıb, lakin sülhə aparan yol isə hələ davam edir:

“Bir sıra ölkələr regionun yenidən düzənlənməsindən danışarkən əsasən hərbi və iqtisadi müttəfiqlər olan Ermənistan-Rusiya əlaqələrinə fokuslanırlar. Lakin Ermənistan hələ də Qərbin sanksiya siyahısına daxil edilmiş bir sıra malların Rusiyaya çatdırılmasını davam etdirir. Ermənistan Rusiya iqtisadiyyatından çox asılıdır. Ticarəti dövriyyəsi 4,6 milyard dollar təşkil edir və bunun əsas payı Moskvanın artıq birbaşa ala bilmədiyi Qərb məhsullarının Ermənistan vasitəsi ilə almasının üzərinə düşür”.

F.Şəfiyev bildirib ki, İrəvanla Moskva arasında indiki mübahisənin əsas səbəbi Rusiyanın Ermənistanın Qarabağ bölgəsindəki irredentist avantürasını dəstəkləməkdə davam edəcəyinə dair gözləntiləri ilə bağlıdır:

“Hazırda diqqətin Ermənistan ətrafındakı vəziyyətə və Azərbaycanı Naxçıvanda birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə yönəldildiyi bir vaxtda bir sıra xəbər agentlikləri və ekspertlər yeni gərginlik təhlükəsi barədə xəbərdarlıq edirlər. Onun sözlərinə görə, Azərbaycanın Zəngəzuru "zəbt etmək" planı ilə bağlı iddiaları səsləndirənlər aşağıdakı məqamları diqqətə almalıdır. Birincisi, tərəflər arasında münaqişə təxminən 35 il əvvəl Ermənistanda baş qaldırmış "miatsum" (birləşmə) ideyaları ilə başlayıb və bu da onu göstərir ki, münaqişənin əsas səbəbi Ermənistanın ərazi iddialarıdır.

İkincisi, bütün fəaliyyətlər və dağıntıların 99 faizi münaqişədən ən çox zərər çəkmiş tərəf olan Azərbaycan ərazisində baş verib. Üçüncüsü, ilk tam etnik təmizləmə 1988-89-cu illərdə Ermənistanda baş verib və orada heç bir azərbaycanlı qalmayıb. Dördüncüsü, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə ilə beynəlxalq hüquq Azərbaycanın tərəfində olub.

Azərbaycanın Ermənistan ərazilərini ələ keçirmə planına dair davamlı hekayələr Azərbaycan tərəfindən dəfələrlə rədd edilib və hətta ABŞ rəsmiləri tərəfindən saxta olduğu bildirilib və bu plan regionda heç kimə xidmət etmir".

O əlavə edib ki, hər iki ölkə regiona davamlı sülh gətirmək üçün səy göstərməlidir:

“Bu isə qətiyyətli dəstəyə və ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi əsasında baş verə bilər:

"Bundan əlavə, münaqişə həm xalqlarda, həm də hökumətlərdə dərin emosional izlər buraxıb və ictimaiyyət barışığı təşviq etmək üçün birlikdə çalışmalıdır. Burada beynəlxalq aktyorlar da Britaniya-İrlanda dialoqu, Balkan Platforması və digər bənzər sülh yaratma təşəbbüskəri kimi təcrübələrlə dəstək verə bilərlər”.

F.Şəfiyev yazıb ki, qaçqınlar və məcburi köçkünlər məsələsi hər iki ölkə üçün yük olaraq qalır və Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin taleyini diqqət mərkəzində saxlayan bəzi ölkələr onları öz evlərinə qayıtmağa çağırır:

“Qaçqınlar məsələsinə vahid yanaşma lazımdır və bu məsələdə azərbaycanlıların Ermənistana geri qayıtmaq hüququ, onların təhlükəsizliyinin təminatı da nəzərə alınmalıdır. Nəqliyyat layihələri və digər iqtisadi təşəbbüslər müharibənin yaratdığı maneələri aradan qaldıra bilər. Bu sahədə səylər Ermənistan-Azərbaycan kontekstindən kənara çıxmalıdır. Bu baxımdan Gürcüstanın mühüm vasitəçi kimi çıxış edə biləcəyi Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatı perspektivli görünür. Nəticə etibarilə region ölkələri Cənubi Qafqaza söz sahibi olmaq rollarını yenidən öz əllərinə almalıdırlar”.(report)

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Hamısı