Qərbi Azərbaycanla bağlı “Nəsil Ağacı” filminin gənclər üçün nümayişi baş tutub

Cəmiyyət 12:16 20.11.2023

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində “Nəsil ağacı” sənədli filminin gənclər üçün nümayişi baş tutub.

Ednews  xəbər verir ki, “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və yüzə yaxın gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı nümayişin keçirilməsində verdiyi dəstəyə görə “Park Cinema” kinoteatrlar şəbəkəsinə təşəkkünü bildirib. O qeyd edib ki, “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində müxtəlif ali təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunur. Bununla yanaşı, 10-12 noyabr tarixlərində Quba şəhərində proqram çərçivəsində təşəbbüs qruplarının fəaliyyətinin gücləndirilməsinə yönəlik düşərgə həyata keçirilib ki, növbəti mərhələlərdə təşəbbüs qrupları öz təhsil aldıqları ali təhsil müəssisələrində Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif ideyaların reallaşdırılması istiqamətində çalışacaqlar.

Şahin Rəhmanlı diqqətə çatdırıb ki, Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar. Həmçinin son əsrlər ərzində qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi erməni dövlət siyasəti səviyyəsində həyata keçirilib. Qərbi Azərbaycanlıların tezliklə öz tarixi torpaqlarına qayıdacağına əminliyini vurğulayan Şahin Rəhmanlı bu istiqamətdə “Qayıdış” konsepsiyasının önəmindən danışıb, gəncləri bu sahədə həyata keçirilən proseslərdə fəal iştiraka çağırıb.

Daha sonra “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri, “Nəsil Ağacı” filminin ssenari müəllifi Ayaz Mirzəyev və filmin prodüseri Elnur Niftəliyev çıxış edərək layihənin hazırlıq prosesindən söhbət açıblar. Bildirilib ki, filmdə Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur. Film bir neçə ailənin hekayəsi timsalında Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub. Qeyd olunub ki, filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından 

ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb. Natiqlər çıxışlarının sonunda gənclər üçün “Nəsil Ağacı” filminin nümayişinə görə “İRƏLİ” İctimai Birliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinə minnətdarlığını bildiriblər.

Tədbirin davamında “Nəsil Ağacı” filminin nümayişi keçirilib.

Qeyd edək ki, “Nəsil Ağacı” filmi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi Azərbaycanlıların Qayıdışına həsr olunmuş “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qaliblərindən biridir.

 Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyeloğludur.

68dbd43d-5525-4e47-bb44-6bf639cd4111.jpg

463fe253-b7c6-41e0-b7ac-4413647ee518.jpg

810b9af5-e340-46a7-b95f-cc2c658a27ce.jpg

d9dc0932-cff8-4e0a-bc6a-e09ab4e09262.jpg

df879180-651b-441e-82ef-2730caddaaa1.jpg

Qazilər Birliyinin sədri Asəf Əliyev: "Hələ də müharibə şəraitində yaşayan ölkəyik"

Xəbər xətti

“Kurtlar vadisi”nin "Tataroğlu"su öldü
03:00 02.12.2023
"Əqrəb mövsümü"nün ikinci hissəsi çəkilir
02:12 02.12.2023
ABŞ Rusiyaya qarşı sanksiyaları ARTIRDI
ABŞ Rusiyaya qarşı sanksiyaları ARTIRDI
00:39 02.12.2023
"Bayer" 29 ildən sonra rekordunu təkrarladı
23:29 01.12.2023
İsrail ordusu 200-dən çox hədəfə zərbə endirdi
23:00 01.12.2023
Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb
22:37 01.12.2023
Tovuzda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb
22:22 01.12.2023
Ermənistanda sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub
22:11 01.12.2023
“Sumqayıt”ın Müşahidə Şurasında yeni sədr
21:54 01.12.2023
Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
21:36 01.12.2023
Güləşçilərimiz 1 qızıl və gümüş medal QAZANDILAR
Güləşçilərimiz 1 qızıl və gümüş medal QAZANDILAR
21:20 01.12.2023
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
21:00 01.12.2023
“Azəriqaz” İB-nin rəsmisi: “Azəristilik” ASC və  “Azəriqaz” İB arasında ciddi olaraq problem yoxdur”
20:51 01.12.2023
Ceyhun Bayramov II Avropa Konfransında Ermənistanın sülh prosesinə törətdiyi maneələrdən danışıb
20:42 01.12.2023
Türkiyə bu hədəfini iki dəfə artırıb - Ərdoğan
20:26 01.12.2023
Rusiya ordusu bu şəhəri tamamən ələ keçirdi
19:57 01.12.2023
Azaflı kəndində ünvanlanan 4 müraciətin 1 səbəbi “Açıq mikrofon”da
19:54 01.12.2023
"Anadolu" agentliyinin əməkdaşı Qəzzada öldü
19:48 01.12.2023
Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur
19:40 01.12.2023
“AtraBank”ın keçmiş sədri həbs olundu
19:31 01.12.2023
Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva
19:22 01.12.2023
Fransada məmurlara “Telegram”, “WhatsApp” QADAĞAN EDİLİB
19:14 01.12.2023
Venesuela Prezidenti dekabrda Rusiyaya səfər edəcək
18:58 01.12.2023
Türkiyə bütün böhranlarda bərabərlik üçün çalışıb - Ərdoğan
18:49 01.12.2023
Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda saxlanıldı
18:40 01.12.2023
Naxçıvanda 11 məktəbə direktor təyin olundu
18:31 01.12.2023
Körpünü vurmaq üçün mükəmməl vaxtdır - Jdanov
18:22 01.12.2023
Ermənistanda qəza: hərbçi öldü
18:12 01.12.2023
Prezident: “Azərbaycanla BƏƏ arasında münasibətlərin inkişafı məmnunluq doğurur”
17:49 01.12.2023
Baş nazirdən Şuşa ilə bağlı SƏRƏNCAM
17:46 01.12.2023
Qazilər Birliyinin sədri Asəf Əliyev: "Hələ də müharibə şəraitində yaşayan ölkəyik"
17:38 01.12.2023
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib
17:31 01.12.2023
Qərb Putini devirməyə çalışır? - Rusiyalı ekspertdən AÇIQLAMA
17:15 01.12.2023
İstanbulda yaşayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Qəbul keçiriləcək
17:07 01.12.2023
Azərbaycanda pul bazası son bir ildə 1.6 milyard manat ARTIB
Azərbaycanda pul bazası son bir ildə 1.6 milyard manat ARTIB
17:04 01.12.2023
Azərbaycanda neçə nəfər qrip əleyhinə peyvənd vurdurub?
16:54 01.12.2023
Putin Rusiyaya edilən bomba hücumuna  görə günahlandırır
Putin Rusiyaya edilən bomba hücumuna görə günahlandırır
16:46 01.12.2023
İlham Əliyev Dubayda Pakistan rəsmisi ilə görüşdü
16:40 01.12.2023
Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər - VİDEO
Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər - VİDEO
16:32 01.12.2023
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir
16:22 01.12.2023
Hamısı