Zaqatalada qadın qətlə yetirilib.
Ednews APA-ya istinadən xəbər verir ki, , hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.
Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.