Azərbaycanda məktəbli qızılcadan ölüb.
Ednews Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Yusif Əliyev adına 195 saylı orta məktəbdə baş verib.
Belə ki, məktəbin 4-cü sinif şagirdi olan oğlanın (adı açıqlanmır) qızılcadan dünyasını dəyişdiyi bildirilir.
Məktəbdən deyilib ki, son 5 gündə 200-dən çox yoluxma olsa da, 3 növbəli məktəbdə bir nəfər də olsa, həkim yoxdur.
Məktəbin laborantı açıqlamasında yoluxma halları ilə bağlı müvafiq qurumlara məlumat verildiyini söyləyib.
Qeyd edək ki, təhsil müəssisəsinin iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmadığı bildirilir.