Bakıda kafedə yanğın olub.
Ednews Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 220 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.