Səhiyyə Nazirliyi qızılca virusuna yoluxmuş şəxslərin antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirib.
Ednews xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib ki, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir:
“Qızılca zamanı bakteriyalı fəsadlar ola bilərsə, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan tövsiyə olunmur”.