Fövqəladə Hallar Nazirliyi Səbail rayonu, Xaqani küçəsində yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xaqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunublar.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.
12:05
Bakı şəhərində restoran yanır.
Ednews-un məlumatına görə, yanğın Səbail rayonu, Xəqani küçəsində qeyd alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar.