Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri ilə əlaqədar iclası keçirilir.
Ednews xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxildir:
1. Növbədənkənar prezident seçkilərinin təyin edilməsi;
2. Növbədənkənar prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;
3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;
4. Növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.