Şəki sakinlərinin olduğu avtomobil İsmayıllıda qəza keçirib. Qəza nəticəsində Şabanovlar ailəsinin dörd üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bizim.Media-nın yerli bürosunun qəzaya düşən ailənin yaxınlarından əldə etdiyi məlumata əsasən qəza zamanı 4 yaşlı əkiz bacılar Aydan və Fidan, onların 34 yaşlı anası Sahilə Şabanova və 38 yaşlı atası Elman Şabanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə Təcili Tibbi Yardım həkimləri cəlb edilib və yaralılara ilkin tibbi yardım göstərildikdən sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitəsindəki nasazlıq olub.
Faktla bağlı araşdırma aparılır.