Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Cəmiyyət 20:40 11.12.2023

Baş Prokurorluqda xalqımızın Ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Prokurorluqdan Ednews-a verilən məlumata görə, Baş Prokurorluğun rəhbərliyi Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Bundan sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Heydər Əliyev irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu mənada möhtərəm Prezident cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi barədə Sərəncam imzalaması Ümummilli liderimizin əziz xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Vurğulanıb ki, Ulu Öndərin respublikamıza ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun təşəbbüsü və ciddi səyləri nəticəsində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlamışdır. Məhz həmin dövrdən Heydər Əliyev öz xalqının öndəri olduğunu özünün konkret siyasi-idarəçilik fəaliyyəti ilə sübuta yetirməklə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl qoyub.

Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdışı tariximizin hərc-mərclik, ağır tənəzzül illərinə, uğursuz müharibə, Azərbaycan torpaqlarının bölüşdürülməsi planlarının reallaşması, torpaqlarımızın düşmənə təslim edilməsi dövrünə təsadüf etmişdir. Məhz bu dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etmiş, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmışdır. Onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, inamını özünə qaytarıb.

Xüsusilə vurğulanmışdır ki, məhz tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Tədbirdə çıxış edən Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi ilk illərindən başlayaraq Qarabağda sosial infrastruktur qurulmağa başlandığını, bölgənin mənəvi-siyasi həyatının dəyişməsi istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanın digər əraziləri ilə yanaşı Qarabağda da sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkşaf etdiyini bildirib.

Sonda Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivinin daim Heydər Əliyev ideyalarına sadiq qalmaqla ulu öndərin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəklərini bildirib.

Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi izlənilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Hamısı