"İndiyədək 69 əfv qərarı ilə 9 minə yaxın insan azadlığa qovuşub. Bu, ölkədə olan həmrəylik mühitidir, islah etmənin ən yaxşı alətlərindən biridir. Bu proses isə 1998-ci ildən davam edir və bəzən ildə iki dəfə həyata keçirilir".
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.
Onun sözlərinə görə, yeni təqvim ilində əfv qərarının verilməsi dövlətin kompetensiyasında olan bir məsələdir, lakin Əfv Məsələləri Komissiyası bu istiqamətdə addım ata bilər.