Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xəttinin tikintisi işləri 45% yerinə yetirilib.
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapqalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, qeyd olunan layihə üzrə işlər sürətlə davam etdirilir.
“Layihənin 2025-ci ildə tam yekunlaşması nəzərdə tutulur”, - deyə Rövşən Rüstəmov bildirib.