Qarabağda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iki layihə yerinə yetirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb.
Ednews xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdam şəhərinə qədər dəmiryolu xətti çəkilib və işlərin bütövlükdə 85 faizi icra olunub. QSC sədri onu da əlavə edib ki, son qalan işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır.
"Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmiryolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir. Horadiz-Ağbənd layihəsinin isə 45 faizi həyata keçirilib. Layihə sürətlə davam etdirilir. Layihənin tam yekunlaşdırılması 2025-ci il üçün nəzərdə tutulub. Hazırda 72 ci kilometrə qədər dəmiryolu xətti çəkilib", - deyə R. Rüstəmov qeyd edib.