"Ulu Öndər o liderlərdən idi ki, medianı yüksək qiymətləndirirdi" - MEDİA KAPİTANLARININ FİKİRLƏRİ

Cəmiyyət 18:00 12.12.2023

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Ulu Öndər digər sahələrə olduğu kimi mətbuat sahəsinə də xüsusi diqqət və qayğı göstərib. "Jurnalistlərin dostu" elan edilən Ümummilli liderin bu sahədə qoyduğu təməl sayəsində Azərbaycan mediası bu gün öz inkişaf dövrünü yaşayır. 

Ednews sia.az-a istinadən xəbər verir ki, Ulu Öndər və onun mediaya göstərdiyi dəstək barədə media kapitanları arasında sorğu keçirib.

1664018389_346651.jpg

Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Azərbaycan mətbuatının inkişaf yoluna, müstəqilliyin ilk illərindən bugünə qədərki dövrə nəzər salanda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra media ilə bağlı atdığı vacib addımları, qəbul edilən mühüm qərarları xüsusi qeyd etmək lazım gəlir. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman mətbuatı həmişə diqqətdə saxlayıb, yazılı sözün qiymətini bilən böyük siyasi xadim kimi mətbu ictimai fikrə xüsusi önəm verib. Bu diqqətin təzahürü idi ki, Heydər Əliyev prezident olduğu illərdə bir neçə dəfə media rəhbərləri ilə görüşlər keçirdi. 2001-ci ildə baş redaktorlarla görüşdü, 2002-ci ilin mart ayında "Jurnalistlərin dostu" mükafatının təqdimatına qatıldı, sonra isə elə həmin ilin iyul ayında Milli Mətbuat Günü ilə bağlı tədbirdə iştirak etdi. Ümummilli lider 2001-ci ildə baş redaktorları qəbul edərkən onlara geniş müsahibə də vermişdi. O vaxt Prezident Heydər Əliyev mənim Dağlıq Qarabağ məsələsi ilə bağlı sualıma geniş cavab vermiş, təxminən 45 dəqiqə bu mövzu barədə o zamanlar heç kimə demədiyi fikirlərini bizə çatdırmışdı. Bu münasibət həm də onun bütövlükdə Azərbaycan mətbuatına xüsusi diqqətinin göstəricisi idi. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mətbuat senzuradan xilas oldu və bu da dördüncü hakimiyyətin inkişafı üçün yeni mərhələ açdı. Ardınca isə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı üçün digər addımlar atıldı, qanunvericilik bazası təkmilləşdirildi, KİV-in maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində qərarlar qəbul olundu".

photo_560995.jpg

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev: “Ulu öndər Heydər Əliyevi yad edir və rəhmətlə xatırlayırıq. Heydər Əliyev o liderlərdən idi ki, o medianı yüksək qiymətləndirirdi. Mətbuatla çox peşakarcasına işləməyi bacarırdı. Media Heydər Əliyev hakimiyyətinin bəlkə də ayrılmaz tərkib hissəsi idi. Heydər Əliyev mütamadi olaraq gündəlik mətbuatla maraqlanırdı. Mətbuat orqanlarından məlumatları əxz edirdi, mənimsəyirdi. Onun üçün ölkədə ən vacib informasiya mənbələrindən biri də mətbuat idi. Ulu öndər öz fəaliyyəti çərçivəsində Azərbaycan mətbuatına çox böyük önəm verirdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra 1998-ci ildə senzura ləğv edildi. Dəfələrlə Ümummilli Liderlə jurnalistlərin görüşləri keçirilib. Bundan başqa O, media sahəsinin maddi-texniki təminatının genişləndirilməsinə mühüm diqqət ayırdı və bunun sayəsində 1990-cı illərin əvvəllərində müstəqil televiziya kanalları fəaliyyətə başladı. Beləliklə Azərbaycan izləyicisi xarici asılılıqdan qurtuldu.

Ulu öndər mətbuatın nəşriyyatlara olan borclarını dövlət büdcəsindən ödənilməsini təmin edib. Bununla da o, KİV-lərə dövlət dəstəyinin də ənənəsini yaratdı. Mətbuata göstərdiyi bu diqqət və qayğıya görə Ulu öndər “Jurnalistlərin dostu” elan edildi. O, həm senzuranı ləğv etdi, həm də müstəqil medianın iqtisadi imkanlarının artması üçün onların vergilərdən azad olunması, borclarının ləğv olunması, ümumiyyətlə, media mənsubları ilə görüşlər, bütün bunların hamısı Azərbaycan mediasının inkişafına yönəlik addımlar idi. Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsinə və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib. Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi”.

akif-ashirli.jpg

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "Ulu Öndər Heydər Əliyev 1969-cu ildə başlanan birinci hakimiyyət dövründə mediaya diqqət və qayğı ilə yanaşan dövlət rəhbəri olub. Biz hər zaman Ümummilli liderin mətbuat və mediaya göstərdiyi dəstəyi təqdir etmişik.

Heydər Əliyev hakimiyyətə gəlişinin ikinci dövründə də mətbuata xüsusi diqqət göstərib. Həmin dövrdə çap problemlərimiz, həmçinin Azərbaycan Nəşriyyatına borclarımız var idi. Ulu Öndər qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını sildirdi. Eyni zamanda, KİV-lərin inkişafı üçün ciddi addımların atılmasının əsasını qoyub. Biz bir neçə dəfə Ümummilli lider Heydər Əliyev ilə ona "Jurnalistlərin dostu" mükafatı verilən zaman görüşmüşük, onun fərdi söhbətlərinin iştirakçısı olmuşam. Əlbəttə ki, Heydər Əliyev böyük siyasi və dövlət xadimidir. Onun böyük siyasətçi olmasının parametrlərindən ən yüksəyi jurnalistlərə xüsusi diqqət göstərməsi idi. Buna görə də biz Ulu Öndərə hər zaman minnətdar olacağıq. Düşünürəm ki, hələ uzun illər boyu Ulu Öndərin Azərbaycan jurnalistikası üçün qoyduğu möhkəm təməldən danışacağıq"

aydin_quliyev_110618.jpg

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Heydər Əliyev və media müstəqil Azərbaycan tarixində ayrıca bir dövrdür. Bu dövr öz mahiyyəti etibarilə 1993-cü ildən sonra başlayır. Təbii ki, müstəqilliyimizin 1993-cü ilə qədərki və ondan sonrakı dövrlərini fərqləndirəndə Ulu Öndərin media siyasətini xüsusi əlamətləri ilə təhlil etmək lazımdır. Heydər Əliyevə qədər Azərbaycanda media-dövlət, media-cəmiyyət münasibətlərində, medianın daxilində nizamsızlıq var idisə, ondan sonra bütün bu istiqamətlərdə nizam-intizam formalaşmağa başladı. Senzuranın ləğv olunması isə medianın inkişafında nizam-intizamın bərqərar edilməsinin başlanğıcı oldu. İlk növbədə Heydər Əliyev çap mediasına qayğı göstərməyə başladı. Çap mediası özünün tarixi, milli ənənələrinə malik olsa da, yeni dövrdə onun möhkəmlənməsinə həm redaksiyaların, həm də jurnalistlərin sosial-rifah halı nöqteyi-nəzərdən dövlətin dəstəyinə ehtiyac var idi. Buna görə də Ulu Öndərin çap mediasına qayğı göstərməklə qoyduğu siyasətin başlanğıcı sonrakı dövrdə dövlətin bütün mediaya dəstəyinin əsasına çevrildi. Bu gün çap media ilə yanaşı, onlayn media orqanları, televiziyalar və bütün media seqmentlərinə dövlətin dəstəyi artıq formalaşmış bir instituta çevrilib. Bu institutun da əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Eyni zamanda, dövlətin mediaya dəstəyi bizim üçün milli təhlükəsizliyin vacib seqmentinə çevrilib. Çünki indiki şəraitdə dünya miqyasında media orqanlarının nəhəng korporasiyalara çevrilməsi və sonda müəyyən ölkələrin geosiyasi maraqlarının həyata keçirilməsində vasitəyə çevrildiyi məlumdur. Azərbaycan kimi ölkələrdə medianın milli təhlükəsizliyin mühüm seqmentlərindən birinə çevrilərək dövlət dəstəyi altına alınması olduqca vacibdir. Azərbaycan mediası bu gün dinamik vəziyyətdədir. Bu dinamik inkişafın əsası Ümummilli lider tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin özünün möhkəmlənməsi yolunda göstərdiyi böyük xidmətlərindən biri məhz media-cəmiyyət, medianın öz daxilində intizamsızlığın aradan qaldırılması olub".

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Hamısı