İşğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yollar çəkilib, 354 km yollar əsaslı təmir olunub. 7,1 km məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi vallar salınıb.
Ednews xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
Qeyd edilib ki, 2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənib, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.