"Cadu, yəni sehr haqqında Quranda var. Cadu, indiki dillə desək mənfi enerjinin ötürülməsidir. İradəsi zəif və caduya inanan, cadudan qorxan adama belə şeylər tez təsir edir. Tutaq ki, qurd yağı deyilən maddə ilə cadu edilir, harasa sürtürlər".
Bu sözləri Ednews-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, laboratoriyada yoxlasaq görərik ki, qeyd yağı deyilən canavarın yağında, yaxud ölmüş insanın çürümüş cəsədindəki yağsa külli miqdarda bakteriya, tiksinlər, mikroblar və. s zərərli maddələr var:
"Bu da ətrafa mənfi qoxu və mənfi əhvali ruhiyyə yayır. Əgər bu yağdan harasa sürtülürsə həmin ailədə bədbinlik, mənfi aura, dava dalaşın baş verməsi mümkündür. Qədim tibb kitablarında hətta müəyyən müalicəvi cadulardan da bəhs olunur.
Cadunun təsiri haqqında müxtəlif mülahizələr var. Elm nə təsdiq nə də inkar etməyə dəlil tapa bilməsə də insanlar buna inanır. Görünən odur ki, cadu etməklə, bir insana psixoloji təsir göstərən şarlatanlar var. Bu da zəif adamların ziyanına gətirib çıxara bilər. Ən yaxşısı buna inanmamaqdır. Yəni, təsir edəcəyinə inam bəsləməməkdir. İslam dinində cadu və cadu ilə məşğul olmaq ən böyük ganah və küfr hesab olunur. Cadugər haqqında islam hüququnda ən ağır cəza nəzərdə tutulur. Hətta cadugərin yanına gedib nəsə soruşmaq da haramdır. Ona görə ki, cadu şeytan əməli sayılır. Həmin şəxslərə şeytanlar və cinlərin qeybdən xəbərlər gətirməsi və bunun da ganah olması vurğulanır. Peyğəmbərimiz cadugərləri lənətləyir. Ümumiyyətlə, cəmiyyətimiz gərək belə şeylərdən uzaq olsun, inanmasın. Elm, texnika dövründə caduya bel bağlamaq cahillik və savadsızlıqdır".
Oğuz