Qarabağ qazisi Etimad Əsədovun 60 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar - Video

Cəmiyyət 13:11 17.12.2023

Bu gün Nizami Kino Mərkəzində Qarabağ Qaziləri İctimai Birliyinin mərhum sədri Etimad Əsədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ednews xəbər verir ki, tədbirdə Qarabağ qaziləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları, Mətbuat Şurasının rəhbərliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, media mənsubları, çoxsaylı qonaqlar, ziyalılar, media nümayəndələri iştirak edib.

Məşhur hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı tədbiri açıq elan etdikdən sonra tədbir iştirakçıları Etimad Əsədovun və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda şəhid olan igidlərimizin xatirəsini sayğı duruşu ilə anıb.

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev yubiley mərasiminə qatılan hər kəsi salamladıqdan sonra tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə Nizami Kino Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Etimad Əsədova yüksək etimadını bildirən təşkilat sədri çıxışını “Ruhun şad olsun, baş qazi”-deyərək bitirdi.

Ağdam rayonunun Papravənd kəndində anadan olan, SSRİ dövründə Rusiyada yaşayıb işləyən E.Əsədov 1991-ci ildə, erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin rəhbərlik etdiyi taborda döyüşüb. 1994-cü ildə döyüş yoldaşları ilə birgə minaya düşərək ağır yaralanıb.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2003-cü ildən vəfat edənədək Qarabağ Qaziləri İctimai Birliyinin sədri olub. Baş qazi 16 oktyabr 2018-ci ildə dünyasını dəyişib.

Bu gün E.Əsədovun ruhu şaddır, Azərbaycan bayrağı bütün ölkə ərazisində dalğalanır.

Tanıyanlar yaxşı bilirlər ki, Vətən fədaisi Etimad Əsədovun özünəməxsus xarakteri var idi. Bir çox xüsusiyyətləri ilə o, çoxlarından seçilirdi. Qarabağın azadlığını öz fəaliyyətinin amalına çevirən Etimad bəyin dinlədiyi mahnılar da Vətənlə, Vətəni xilas edəcək oğullarla bağlı idi. Onun ən çox sevdiyi mahnılardan biri də “Cənab leytenant” olub. Bu xatırlatmanı edən Şəmistan Əlizamanlı Azərbaycanda dillər əzbəri olan “Cənab leytenant”ı zaldakı iştirakçılarla bərabər ifa etdi.

Daha sonra Əməkdar artist Qoçaq Əsgərov Turan şərqisi ilə Mərd Musiqi Qrupunun ifasında “Odlar yurdu” rəqsi ifa olundu.

Qazilər Seçki Qrupunun rəhbəri Yaşar Həziyev çıxışında “ölümündən sonra yaşamaq buna deyirlər”-söylədi. Bildirdi ki, E.Əsədov Qazilər Birliyini hökumətlə qazilər arasında körpü yaratmaq üçün qurmuşdu və buna nail oldu. Dövlətimizin qazilərə böyük dəstəyindən bəhs edən Y.Həziyev qeyd etdi ki, E.Əsədovun ruhu şaddır, çünki Qarabağ azad olunub və üzü Qərbi Azərbaycanadır yolumuz.

Bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov Rəfael Tağızadənin Etimad bəy haqqında yazdığı şeiri təqdim etdi, iştirakçıları kövrəltdi.

Ardınca Əməkdar artist Babək Niftəliyev “Cənab Ali Baş Komandan” mahnısını ifa etdi.

Yekunda Etimad Əsədovun ömür-gün yoldaşı, tanınmış jurnalist Məlahət Rzayeva ürək sözlərini, Etimad bəylə bağlı xatirələrini bölüşdü, təşrif buyuranlara təşəkkürünü bildirdi, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı dilədi.

Tədbir E.Əsədovun maliyyə dəstəyi, Ş.Əlizamanlının ifası ilə yazılmış “Qazilər” marşı ilə yekunlaşdı.




























İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Hamısı