Mərkəzi Seçki Komissiyası qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdirir.
Ednews xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O deyib ki, bütün seçki məntəqələri qanun çərçivədə fəaliyyət göstərir:
“Seçkilərlə bağlı bütün tərəflər öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir”.