“Dairə və məntəqə seçki komissiyalarının mühafizəsi üçün qüvvələr ayrılıb”.
Ednews xəbər verir ki, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev bu gün dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, qanun pozuntusunun yoxlanması ila bağlı xüsusi qrup yaradılıb:
"Təşviqat materiallarının korlanması və yayılmasının qarşısının alınması daim diqqətdədir. Polis əməkdaşı məntəqəni 100 metr məsafədən müşahidə edir və o məntəqə sədrinin çağırışı ilə məntəqəyə daxil olur. Bunlarla bağlı bütün əməkdaşlar təlimatlanıb".
Nazir müavini səsvermə başa çatdıqdan sonra qutuların daşınmasının polis naryadlarının müşahidəsi ilə həyata keçiriləcəyini vurğulayıb.