“Növbədənkənar prezident seçkilərində Xankəndidə 800-900 seçici səs verəcək”.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 fəaliyyət göstərən seçki məntəqəsi yaradılıb:
“Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.