Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Mülki Aviasiya Komitəsi yayıb.
"2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, - deyə qurum qeyd edib.
Xatırladaq ki, AZAL 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.