Beynəlxalq Avrasiya Mətbuat Fondunun tərəfdaşı beynəlxalq konsultant Tomas Lourenso Azərbaycandakı fəaliyyətini başa vurub.
Ednews xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının, ANAMA-nın dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhalinin müdafiəsi, yaşayış vasitələri və iqtisadi təhlükəsizliyi üçün bərpaya yardımının təminatı” layihəsi (2022 iyun - 2023 dekabr) çərçivəsində beynəlxalq konsultant olaraq BMTİP tərəfindən layihəyə cəlb olunan Tomas Lourenso ölkəsi Mozambikə qayıdıb.
O layihə çərçivəsində BAMF-ın Qarabağ ərazisində fəaliyyət göstərən qeyri-texniki tədqiqat komandalarının (NTS) fəaliyyətinə, toplanan məlumatların emalına və hesabatlarının hazırlanmasına dəstək məqsədilə 3 ay müddətində fəaliyyət göstərib.
Mina aksiyasında zəngin təcrübəyə malik olan Tomas Lourenso indiyədək dünyanın aparıcı təşkilatlarında tədqiqatçı, informasiya meneceri, konsultant və menecer vəzifələrində çalışıb.
Məlumat üçün bildirək ki, o daha öncə də 2002-ci ildə BAMF tərəfindən həyata keçirilən Birinci Səviyyəli Tədqiqat layihəsinin əməkdaşlarından olub.
Oğuz