Ağcabədi rayonunda, Ağabəyli kənd ərazisində Turqut Ağazadə idarə etdiyi "Lada Priora" markalı avtomobillə 1986-cı il təvəllüdlü Xədicə Əliyeva və onun övladı 2016-cı il təvəllüdü Hüseyn Əlizadəni vurub.
Ednews apa.az-a istinadən xəbər verir ki, nəticədə azyaşlı ölüb, qadın isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.