“Əl-Cəzirə” xəbər agentliyi Qarabağdan məcburi köçkün düşmüş musiqiçilərlə bağlı süjet hazırlayıb.
Ednews xəbər verir ki, müxbir Osama bin Cavaid Bakıda tar peşəkarları ilə reportaj hazırlayıb.
Onlardan biri tar ifaçısı və musiqi müəllimi Verdiyev Məzahir Cəbrayıla qayıdıb öz tar bacarıqlarını davam etdirib, gələcək nəsillərə ötürmək istədiyini deyib:
“Təəssüflər olsun ki, sahib olduğumuz hər şeyi orada qoyub qayıtmalı olduq. Qarşılaşdığımız bütün çətinliklərə rəğmən, 30 ildən sonra hər birimiz Cəbrayıla qayıdıb həyatlarımızı yenidən qurmaq istəyirik. Mən çox böyük həvəslə oraya qayıdıb, tar ifa etməyi, oradakı uşaqlara bu gözəl sənəti ehtiva etmək istəyirəm”.
Musiqi alətləri ustası Səmədov Musa Bakıda alətlərini sata bilməməsindən danışıb, buna rəğmən o, Qarabağa qayıdıb öz işini davam etdirməyini dilə gətirib:
Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən Nigar Camalın da atası da Zəngəzur köçkünüdür. O, deyib ki, müğənnilər insanların sağalmasına yardım etməli və hər kəs sülhə bir şans verməlidir:
“Musiqi çox universal bir sənətdir. Musiqi ilə insanların ağrılarını sovuşdura, onlarda empatiya hissini oyada bilərik”.
Qeyd edək ki, bu reportaj Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə hazırlanıb.
Əkbər