Növbədənkənar prezident seçkiləri ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 8-də jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, ilk olaraq həmin seçki məntəqələri lazımi ləvəzimatlarla təchiz edilib.