Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Ednews məlumatına görə, hadisə rayonun Privolnoye kəndində, Seyfulla Barışova məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Buna baxmayaraq, ümumi sahəsi 63 kvadratmetr olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün və aynabəndinin yanar konstruksiyaları yanıb.
Həmçinin yüksək temperaturdan bitişik evin 3 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.