Terrorçuluqda ittiham olunan “Qisas qrupu” üzvlərinin məhkəməsi keçirildi

Cəmiyyət 02:07 25.01.2024

 
 
 
 
 
TV
 QARABAĞ
 COP29
 UKRAYNA
RADİO
Terrorçuluqda itTerrorçuluqda təqsirləndirilən “Qisas qrupu” üzvlərinin məhkəmə prosesi davam etdirilib.

Ednews xəbər verir ki, istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə bu gün hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən Faiq Zeynalov, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlham Şıxaliyev, İlkin Bağırov, Vüqar Mədətov, Elvin Cəfərov, Elgün Ağayev, Yusif Mirzəyev, Ruslan Əliyev, Savalan Hüseynli, Məhərrəməli Musayev və Mirvasid Əliyev, eləcə də həmin şəxslərin müdafiəçiləri və media nümayəndələri hazırlıq iclasında iştirak edib.

Təqsirləndirilən Hüseyn Hüseynzadənin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxsə Misir Mərdanov və Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlamaq ittihamı verilib.

Vəkil iş üzrə Misir Mərdanovun və Mirşahin Ağayevin zərərçəkmiş şəxs qismində tanınmamasına xitam verilməsi barədə vəsatətlə çıxış edib.

Prosesə sədrlik edən hakim Novruz Kərimov vəkilin verdiyi vəsatətin sübutların araşdırılması mərhələsinə aid olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxslər - Mirvasid Əliyev, Elvin Cəfərov, Yusif Mirzəyev, Vüqar Mədətov, Savalan Hüseynli və Faiq Zeynalovun vəkilləri çıxış ediblər. Vəkillər müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onların ev dustaqlığına buraxılmasını istəyiblər.

Prokuror verilən vəsatətlə bağlı çıxış edib. O, vəkillərin vəsatətlərinin əsassız olduğunu və təmin olunmamasını istəyib. Prokuror cinayət işinin araşdırılması üçün məhkəmə baxışına verilməsini təklif edib.

Daha sonra hakim Novruz Kərimov məhkəmənin qərarını açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər təmin olunmayıb.

Hakimlər cinayət işinin qapalı iclasda araşdırılması barədə qərar qəbul ediblər.

Baxış iclası yanvarın 31-nə təyin edilib. Qeyd edək ki, cinayət işinin materiallarından müəyyən olub ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Axundzadə Rufulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası ərazisində “Kərimə” adlı şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə “Telegram” ani mesajlaşma sistemində Şıxaliyev İlham Kamal oğlu tərəfindən yaradılmış “Qisas” adlı gizli qrupun üzvləri Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi və digər təyinatlı obyektlərin fotoçəkilişlərini aparmaq, həmin obyektlərin məkan məlumatlarını əldə etmək, əldə edilmiş məlumatları hazırda İran İslam Respublikasında məskunlaşmış Rufulla Axundzadəyə və onun oğlu Əlimürsəl Axundzadəyə göndərmək, öz ətraflarında radikal dini baxışlara malik kontingenti formalaşdırmaq üçün müxtəlif ani mesajlaşma sistemləri və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərmək, eləcə də Azərbaycan Respublikasının ictimai və siyasi xadimlərinin həyatına sui-qəsd etmək üçün həmin şəxslərin güdülməsi və odlu silahın əldə edilməsi barədə hazırlıq hərəkətləri görmək barədə Rufulla Axundzadədən tapşırıqlar alıblar.

Onu da qeyd edək ki, sui-qəsd məqsədilə qrup üzvləri tərəfindən yaşayış və iş yerlərinin gizli güdülməsi təşkil edilmiş sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”-nin rəhbəri Mir Şahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Təqsirləndirilən şəxslər onlara istinad edilən əməllərlə bağlı istintaq zamanı dəfələrlə etirafedici ifadələr veriblər.

Cinayət işinin materiallarında həmin şəxslərin Rufulla Axundzadə qarşısında sədaqət andı içmələrinə dair videomateriallar, cinayət əməllərinə dair müxtəlif yazışmalar, səs yazıları, eləcə də hərbi və digər təyinatlı obyektlərin məkan məlumatarı və fotoçəkilişlərinin aparılmasına dair materiallar mövcuddur.

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci madddələri ilə ittiham irəli sürülüb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı