Yanvarın 26-da "Cedars Solutions" şirkətinin icraçı direktoru, koreya və ingilis dillərindən Azərbaycanda dərs deyən Ken Hvang Beynəlxalq Avrasiya Mətbuat Fondununun qonağı olub.
Ednews xəbər verir ki, BAMF prezidenti Umud Mirzəyev qonağı qarşılayıb. U.Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə qonağa məlumat verib. O, deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Görüşdə Azərbaycan və Cənubi Koreya dostluq əlaqələrindən və gələcək əməkdaşlıq imkanlarından da söhbət aparılıb.
Umud Mirzəyev bildirib ki, Cənubi Koryea-Azərbaycan arasında tərəfdaşlıq və dostluq münasibətləri daim müsbət olmalıdır. O, eyni zamanda Fondun xüsusilə də sülh proseslərinə aid humanitar layihələrdə əməkdaşlığa və birgə fəaliyyətə hazır olduğunu vurğulayıb.
Oğuz