Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Masallı rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Məmmədov saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, ondan 50 ədəd metadon həbi götürülüb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.