Tərtər rayonu ərazisində minaya düşən şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasında cərrahi əməliyyata götürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Ednews xəbər verir ki, bu barədə Bizim.Media-ya Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumatda qeyd olunub ki, Tərtər rayonunda minaya düşmə səbəbilə 1966-cı il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona sol aşağı ətrafın topuq nahiyəsinin travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda əməliyyatdadır, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, bu gün saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində mina partlayıb. Nəticədə ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.