Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçi komandası Şuşa şəhərinin 1 nömrəli tam orta məktəbində yerləşən 124 saylı dairənin 105 saylı məntəqəsində müşahidə fəaliyyətini davam etdirir.
Bu barədə Ednews-a BAMF-ın müşahidəçi komandasından məlumat verilib.
Müşahidəçilər seçki prosesini izləyir. Seçkilərdə əhalinin səs verməsi aktiv şəkildə davam edir.
Bütün məntəqələrdə, məntəqə üzvlərinə, seçicilərə və müşahidəçilərə lazımi şərait yaradılıb.
Qeyd edək ki, BAMF müşahidəçilik komandasından Umud Mirzəyev, Rey Kərimoğlu, Fuad Abbasov da məntəqələrdə müşahidəçilik missiyalarını həyata keçirirlər.
BAMF 21 fərqli şəhər (rayon) olmaqla 31 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirir. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlərimiz də vardır.
Oğuz