Argentinanın “Realpolitik” informasiya agentliyinin direktoru Santyaqo Sautel Qarabağın ürəyi olan Şuşanın seçki məntəqələrində seçkiləri izləyib.
Ednews xəbər verir ki, jurnalist indi Qarabağın tarixi anlar yaşadığını deyib.
“Bu seçkilərin Azərbaycan üçün tarixi əhəmiyyəti var. Çünki suveren respublikanın tarixində ilk dəfədir ki, seçkilər Azərbaycanın bütün ərazisində, o cümlədən erməni işğalından azad edilmiş torpaqlarda keçirilir”, - deyə Santyaqo Sautel X sosial şəbəkəsindəki hesabında yazıb.