BAMF prezident seçkilərində müşahidəçilik fəaliyyəti ilə bağlı yekun mətbuat konfransı keçirib - FOTOLAR-VİDEO

Cəmiyyət 17:10 08.02.2024

Beynəlxalq Avrasiya Mətbuat Fondunun 7 fevral 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində müşahidəçilik missiyası ilə bağlı mətbuat konfransı  keçirib.

Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik Şurasının 2024-cü il 7 yanvar tarixli iclasında 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində BAMF-ın 50 nəfər müşahidəçi heyəti ilə təmsil olunması ilə bağlı qərarın qəbul olunduğu xatırlanıb.

Qeyd edilib ki, yanvarın 19-da təşkilatın bütün Azərbaycan ərazisində müşahidəçilik fəaliyyəti aparması Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

“Seçkiyə qədərki dövrdə BAMF bir neçə dəfə paytaxt Bakıda və regionlarda müşahidəçi heyət üzvləri ilə görüşlər keçirib və onlar üçün təlimlər təşkil edib. Bundan əlavə, yerli QHT-lərin birləşdiyi “Mənim səsim - Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası” və Milli QHT Forumunun müşahidəçiləri və beynəlxalq müşahidəçi korpusu ilə təmsil olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri həm baş ofis, həm də Tərtər regional ofisimizdə görüşlər keçirib. Seçki günü BAMF-ın müşahidəçilik fəaliyyəti baş ofis Bakıdan və Tərtər, Füzuli və Beyləqan regional qərargahlarından idarə olunmaqla seçkilər yekunlaşanadək izlənildi. Müşahidəçi heyət üzvləri ümumilikdə 22 fərqli dairə olmaqla 38 məntəqənin açılışında iştirak ediblər. 50 nəfərlik müşahidəçi heyətinin 10 nəfəri işğaldan azad olunmuş ərazilərdə – Xankəndi, Şuşa, Füzuli, Xocalı və Ağdərə rayonlarında müşahidəçilik missiyasını yerinə yetiriblər. Onlar həmin rayonlarda 7 dairə olmaqla 19 məntəqədə olublar. Paytaxt Bakıya təhkim olunan müşahidəçilər 10 dairədə, regionlardakı müşahidəçilər isə 14 dairədə fəaliyyət göstəriblər. Ümumilikdə, ölkə üzrə 32 dairə olmaqla 225 məntəqədə müşahidəçilik missiyası həyata keçirilib. Müşahidəçilər seçki günü sona qədər prosesləri izləyib və məntəqələr üzrə qeydlərini aparıb. Seçki prosesindən 1600-dən çox foto və video çəkilib".

BAMF-dan qeyd olunub ki, əvvəlki seçkilərdən fərqli olaraq, seçicilərin aktivliyi nəzərəçarpacaq dərəcədə yüksək olub.

“İlk dəqiqələrdən etibarən açılışında iştirak etdiyimiz 38 məntəqənin hər birində izdiham müşahidə olunub. Səhər saatlarından başlayan bu izdiham ən az 2-2.5 saat müddətində davam edib. Hətta bəzi məntəqələrdə seçicilərin sıxlığı 5-6 saatdan çox davam edib. Müşahidələr onu göstərir ki, əksər məntəqələrdə 85-90%-ə qədər seçici fəallığı izlənilib. Xüsusilə, məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş ərazilərdə yerləşən məntəqələrdə müşahidə olunan seçici fəallığı özünü göstərmiş və müşahidəçilərin qeydləri arasında öz əksini tapıb. Müşahidəçilərimizin qeydlərinə əsasən seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib.

Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub. Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib. Yalnız bir məntəqədə müşahidəçilər üçün ayrılan yerlər seçki qutuları və səsvermə prosesindən xeyli aralıda yerləşib. Seçki prosesi zamanı seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu aşkarlanmayıb. Seçkilər son dərəcə ədalətli təşkil olunub və əvvəlki seçkilərdən fərqli olaraq seçki pozuntuları minimum səviyyədə olub. Müşahidəçilərin qeydlərinə əsasən seçki prosesinə təsir edən yanlışlıqlara yol verilməyib. Seçkinin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı təbəqənin fəal iştirakı müşahidə olunub. Müşahidəçilərimiz tərəfindən ümumi olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndirilir. Xüsusən, qanun pozuntularının əvvəlki illərə nisbətən minimuma endirilməsi əsas qeyd olunmalı məqamlardandır", - açıqlamada deyilir.

Oğuz 












İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Hamısı