Aleksey Navalnının ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
O bildirib ki, Aleksey Navalnının ölümü ilə bağlı Rusiya Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir.
Xatırladaq ki, rusiyalı siyasətçi A.Navalnı bu gün Yamalo-Nenets Muxtar Dairəsindəki xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.