Aleksey Navalnının ölümü dünya və Rusya mediasında böyük səs küyə səbəb olub. Ölkənin bir nömrəli gündəminə çevrilib. Hadisə barədə müxtəlif versiyalar irəli sürülür. Bəzi siyasi ekspertlər Navalninin ölümünü Rusiyadakı hakimiyyət daxili ayrı-ayrı qüvvələrin əməli ola biləcəyi qənaətindədir. Əsas dolanan versiyalardan biri də Putinin ölüm hadisəsində böyük rolunun olmasıdır.
Məsələ ilə bağlı Rusiyalı politoloq Daria Grevtsova açıqlamasında bildirib ki, seçki kampaniyası ərəfəsindı belə bir qərarın verilməsi, ümumiyyətlə Putinə sərf etməz. O, bu barədə Ednews-a açıqlamasında deyib.
“ Bizə maraqlı olan bu məsələdə Qərbin aktivliyi, Rusiyada sistemdə olmayan liberalların reaksiyasıdır. Baş verən hadisələri Vladimir Putinin seçki kampaniyasına qara buludların gəldiyi kimi qıymətləndirə bilərik. Belə bir vəziyyəti o düşməninə də arzulamazdı. Uzun müddət həbsdə unudulan Navalninın bu şəkildə gündəmə gəlməsi mənfi göstəricidir. Navalnı bəzi qüvvələr üçün vacib fiqur idi . Lakin həbsdə olduğu zaman həm Rus höküməti, həm də onu dəstəkləyən qism üçün təhlükəsiz idi.
Rus hökümətinə əksinə Navalninin həbsdə sağ qalması əlverişli idi. Navalninin ölümü Putinin məğlub olmasında maraqlı olan qüvvələrə sərf edir.
Hazırda Qərb mətbuatı Putini qəddar, tiran, qatil və siyasi məhbuslara qarşı amansız olan hökümdar kimi təqdim edir. Bəzi qüvvələr onun dünya miqyasında nüfuzunun düşməsini istəyir. Təbii ki, Navalnini öldürərək Putin özünə bu cür imic formalaşdırmaq istəməz".
Afaq Qurbanzadə