1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törətdiyi soyqırıma 8 yaşında şahidlik edən Xəzəngül Əmirova bildirb ki, ermənilər atamın üzərinə benzin tökərək onu diri-diri yandırdılar.
Ednews TV Xocalı soyqırımına şahidlik edən Xəzəngül Əmirovanın faciəsini 20 dildə tərcümə edərək yayımlayıb.
Xəzəngül başına gələnləri belə xatırlayır: "Anam və 4 yaşındakı bacım ermənilər tərəfindən öldürüldü. Əsir düşdükdən sonra atamı ayrı yerə apardılar. Ermənilərdən birinə atamı görmək istədiyimi söylədim. Daha sonra bizi atamın yanına apardılar. Ermənilər atamı ağaca bağlamışdılar və ondan "Bütün Azərbaycan torpaqları ermənilərindir" deməsini istəyirdilər. Atam isə "Məni öldürsəniz də öz torpağımı satmayacağam" dedi. Ermənilər "Bax uşaqlarının gözü qarşısında səni öldürərik" deyərək atama təzyiq etdilər. Atam isə daha əvvəlki sözlərini təkrarladı".
Sözügedən video-süjeti təqdim edirik:
Oğuz