Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, bir tapança, üç qumbara, iki tüfəng, beş patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.