Nazirdən Qarabağ və Şərqi Zəngəzura köç edənlərlə bağlı AÇIQLAMA

Cəmiyyət 16:30 02.04.2024

İndiyədək 5 mindən artıq sakin işğaldan azad edilmiş bölgələrə qayıdıb. Onların 2500 nəfərdən çoxunu əmək qabiliyyətli əhali təşkil edir və həmin ərazidə öz həyatlarını qurmaq üçün sakinlərin məşğulluğu təmin edilməlidir. Təkcə mənzillərin verilməsi və sosial ödənişlərlə həyatı təmin etmək olmur. Ona görə də Böyük Qayıdış Proqramı çərçivəsində çoxsaylı məşğulluq tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.

Ednews  xəbər verir ki, bunu yeni fəaliyyətə başlayan DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı olan əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir daha sonra deyib: “İndiyədək 2500 vətəndaşla bu sahədə iş aparılıb. Onların 1500 nəfəri daimi işlə təmin olunub və 1000 nəfərlə aktiv iş aparılır. Nəzərə alsaq ki, bu il daha 20 min nəfər öz doğma yurduna, ev-eşiyinə qayıdacaq, onda qarşıda çox böyük iş dayandığı aydın olar. 

Ona görə də bütün aidiyyətı dövlət qurumları və özəl sektorla birlikdə ən böyük üstünlüyü məskunlaşan əhalinin məşğulluğuna veririk. Həmçinin onlar üçün özünüməşğulluq proqramları çərçivəsində xüsusi kvota ayrılıb, digər aktiv məşğulluq tədbirləri vasitəsilə onlara dəstək vermək istəyirik. Öz doğma ocağına geri qayıdan şəxslərin bir çoxunun ixtisassız olması əsas çətinliklərdən biridir. 

Xüsusi olaraq Qarabağ və Şərqi Zəngəzura köç edənlər üçün peşə hazırlığı proqramları hazırlanıb. Hər il təxminən 3 min nəfərə peşə hazırlığı vasitəsilə ixtisas və bilik veriləcək. Artıq həmin ərazilərdə Həm Qarabağ Peşə Hazırlığı Mərkəzi, həm də ona qədər özəl peşə hazırlığı mərkəzləri fəaliyyətə başlayıb. 

Vətəndaşlar həm onlayn, həm DOST və məşğulluq, həm “Cağrı” mərkəzləri vasitəsilə müraciət edə bilərlər. Bununla əlaqədar bir neçə dəfə Füzuli, Cəbrayıl, Laçın, Şuşa və Xankəndi sakinləri üçün elanlar vermişik. Ən azı ildə 3 min nəfər təlim keçməklə 12 min nəfərin məşğulluğunu təmin etməyi nəzərdə tutmuşuq. 
Paralel olaraq Elm və Təhsil Nazirliyinin peşə məktəbləri də analoji proqram elan ediblər və təxminən o qədər də vətəndaşın peşələrə yiyələnməsini onlar həyata keçirəcəklər. Məqsəd ondan ibarətdir ki, ən azı 20-25 min nəfərə peşə təhsili verilsin”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı