Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk Qadın minaaxtaranları layihəsinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.
Ednews xəbər verir ki, BAMF prezidenti Umud Mirzəyev aksiyanın açılışını edib. O, Qarabağda və dünyanın bir sıra ölkələrində mövcud mina probelmləri ilə bağlı fikirlər səsləndirib:
"Azərbaycan ərazisi erməni işğalçıları tərəfindən qarış-qarış minalanıb. Ölkəmiz dünyada mina və partlamamış hərbi sursatlarla çirklənməyə görə ilk onluqda yer alır. Müharibə təbiətə də ciddi ziyan vurub".
Daha sonra iştirakçılar tərəfindən 3300 ədəd ağac əkilib. Aksiya təbii landşafı və ağacları Qarabağ müharibəsinin təsiri nəticəsində məhv edilmiş tarixi Sultanbud meşəsinin Tərtər rayonu Buruclu kəndi ilə Xoruzlu kənd arasındakı ərazisində keçirilib.
Ağacəkmə askiyasından fotoları təqdim edirik:
Oğuz