Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günündə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Ağdam Mexaniki Suvarma İdarəsi ziyarət edib.
Ednews xəbər verir ki, Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə Ağdamda yaradılan sığınacaqlar barəsində məlumat verib:
“Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində çox əziyyətlər çəkmişdik. Mənfur düşmənlər bizi yerimizdən, yurdmuzdan didərgin salmışdılar. Başımız çox bəlalar çəkmişdi. Ancaq İkinci Qarabağ müharibəsindən əvvəl artıq rayon ərasizində müyyən sığınacaqların qazılması, tikilməsi prosesi həyata keçirildi. Biz də mexaniki suvarma kollektivi olaraq görünən bu ərazidə sığınacaq tikdik. 50 nəfərin eyni vaxtda ora daxil olub qorunması üçün həm oturacaq, həm su ehtiyatı, həm çarpayılar, həm də internet şəraiti yaratdıq”.
Daha ətraflı video süjetdən izləyə bilərsiniz:
Oğuz