Qazi, jurnalist Rey Kərimoğlu, aprelin 4-ü Tərtərdə keçirilən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı keçirilən tədbirdə mina təhlükəsindən danışıb.
Ednews xəbər verir ki, O, Azərbaycanda mövcud mina təhlükəsi haqqında bu fikirləri deyib:
“Beynəlxalq Avrasiya Mətbuat Fondu Tərtərdə ANAMA yanında ictimai şuranın üzvlərinin təşkilatçılığı ilə iki böyük tədbir keçirib. Möhtəşəm bir ağacəkmə aksiyası keçirildi. Bu ona görə idi ki, müharibə nəticəsində Azərbaycanın flora və faunasına ciddi zərər dəyib.
Minadan zərər çəkənlər və beynəlxalq təşkilatların nümayəndələri tədbirdə iştirak edib. Beləcə biz dünya ictimaiyyətinə səsləndik. Azərbaycanda mina problemi çox böyükdür. Dövlətimiz bu problemlə tək mübarizə aparmamalıdır. Maarifləndirmə işləri daha sürətli aparılmalıdır ki, mina problemi daha tez bir zamanda həll edilsin”.
Ətraflı video süjetdən izləyə bilərsiniz:
Fərid