Bu il 3-9 iyunda Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək.
Ednews xəbər verir ki, müsabiqədə 18-36 yaşlı ifaçılar iştirak edə bilər.
Müsabiqədə yer tutan şəxslərə veriləcək mükafatların məbləği də açıqlanıb:
▪️Qran pri – 10 000 dollar
▪️1-ci mükafat – 7 000 dollar
▪️2-ci mükafat – 5 000 dollar
▪️3-cü mükafat – 3 000 dollar.