Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat yayıb.
DSX-nin Mətbuat Mərkəzindən Ednews-a bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb.