Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti mayın 20-də açılacaq.
Ednews xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisi Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, BTQ-nin genişləndirilməsi üzrə işlərə 2023-cü ildə başlanılıb. İlkin mərhələdə yükdaşımaların həcmi ildə 6,5 milyon ton olacaq, həmçinin 1 milyona qədər sərnişinin daşınması nəzərdə tutulur.
Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu daşımaları Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsini artıracaq.