Türkiyənin paytaxtı Ankaradakı Məhəmməd Əmin Rəsulzadə adına liseyin müəllim heyəti və şagirdləri Azərbaycana gəliblər.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfər Türkiyənin “Azərbaycanla təhsil sahəsində əməkdaşlığının önəmli parçası olan qardaş məktəb layihəsi” çərçivəsində baş tutub.
“Hazırda Bakıda olan Ankara Məhəmməd Əmin Rəsulzadə Anadolu Liseyindən şagird və müəllimlərimiz səfirimiz Cahit Bağcıya baş çəkib. Səfirimiz şagirdlərimizlə söhbət edib, onlara hədiyyələr təqdim edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb”.